“Bərkgedən” patrul avtomobillərinin təkcə Birləşmiş Ərəb Əmirliklərinin polis departmantində olduğunu güman edirsiniz isə, yanılırsınız. Avstraliyanın Viktoriya ştatının polis departamenti də “bərkgedən” avtomobilləri sevir. Belə avtomobillərin arasında Audi RS4 Avant, Mercedes-AMG GLE 63S Coupe kimi modellər də vardır.

Bu günlərdə Viktoriya polisi yeni bir patrul avtomobilinə sahib olub. Avstraliyalı polismenlər avtobanlarda xidmət aparmaq üçün BMW M5 Competition sedannı əldə ediblər. 305 km/saat maksimal sürət həddinə malik olan sedan hazırda Avstraliyanın ən sürətli polis avtomobilidir.

Image alt Image alt Image alt Image alt Image alt

BMW M5 Competition modeli 625 at qüvvəsi və 750 Nm fırlanma anı hasil edən 4,4-litrlik V8 TwinTurbo mühərriki və səkkiz pilləli avtomatik ötürmələr qutusu ilə təchiz edilir. Tamçəkişli sedan 100 km/saat həddinə 3,3, 200 km/saat həddinə isə 10,8 saniyəyə sürətlənir.