AvtoVAZ şirkəti yenilənmiş Lada 4x4 ofrouderinin istehsalına başladığını bəyan edib. Ofrouder bir neçı kosmetik dəyişikliyə, beşqapılı modifikasiya üçün Black Edition təchizatına və Luxe modifikasiyası üçün genişləndirilmiş təchizat səviyyəsinə sahib olub.

Salonda baş verən əsas dəyişiklik Vesta modelinin üslubunda olan seçilən qara-narıncı rəngli yeni cihazlar panelidir. Əvvəllər bu panel Lada 4x4 40 Anniversary modifikasiyasında quraşdırılırdı. Bu modifikasiya modelin 40 illik yubileyinin şərəfində buraxılmışdır. Black Edition seriyasından olan beşqapılı model kondisionerə, elektriklə tənzimlənən və qızdırılan yan güzgülərə, qapıların, döşəmənin və kuzovun yan tərəflərinin yaxşılaşdırılmış səs izolyasiyasına sahib olub. Bundan başqa, ofrouder 16-düymlük qara rəngli təkər diskləri ilə də təchiz edilir.

Lada 4x4 Luxe modifikasiyası elektriklə tənzimlənən və qızdırılan yan güzgülərə və gümüşü rəngli yeni dizayna malik olan disklərə sahib olub. Lada 4x4 modeli əvvəlki kimi 83 at qüvvəsi hasil edən 1,7-litrlik mühərrik və beş pilləli mexaniki qutu ilə təklif edilir.