Siz elə bilrisiniz geriş çağırış kampaniyaları AvtoVAZ şirkətinin avtomobillərindən yan keçir? Səhviniz var. Məsələn, bu günlərdə rus istehsalçısı Lada Largus modelinin satışlarını dayandırıb. Doğrudur, söhbət yalnız 2-13 sentyabr tarixlərində buraxılmış avtomobillərdən gedir. Səbəb modelin yanacaq sistemində olan problemdir.

Məhz bu səbəbdən adı çəkilən partiyadan olan avtomobillər «təmir aparılması və nazaslığın aradan qaldırılması metodikasının hazırlanmasına qədər»  satışı dayandırılıb. Bu barədə Lada Online portalına istinadən motor.ru saytı xəbər yayıb. Söhbət 935 avtomobildən olan partiyadan gedir. Bu avtomobillərdə yanacaq borularında axın üzrə uyğunsuzluğu aşkar olunub. Avtomobillərin bir hissəsinin dilerlər tərəfindən satılması ehtimalını nəzərə alsaq, AvtoVAZ yaxın vaxtlarda geriçağırma kampaniyasını başlada bilər. İstehsalçı hələlik vəziyyəıt barədə heç bir şərh dərc etməyib.

Xatırladaq ki, bu ilin may ayında Lada Largus üçün geriçağırma kampaniyası keçirilib. Bu geriçağırma 33 min avtomobili əhatə edib. Səbəb əyləcin vakkum gücləndiricisinin gövdəsindəki membrananın yerdəyişməsi olmuşdu.

Bu günlərdə, rus istehsalçısının XRay modelini geri çağırdığı məlum olub. Avtomobilin kapotunun paslanmaya davamlı olmadığı aşkar edilib və istehsalçı onu korroziyadan müdafiə yapışqanları ilə örtməyə qərar verib. 94615 avtomobil təmirə yönləndiriləcəkdir.