AvtoVaz şirkəti Lada avtomobillərinin avropa bazarındakı satışlarına son verəcəkdir. Bu qərar zərərli tullantılar üzrə normaların sərtləşməsi ilə əlaqədardır. Yeni normalarla bir kilometr yürüyüş zamanı ətraf mühitə atılan CO₂ orta göstərisinin 95 qrama qədər azaldılmasıdır.

Bu göstəriciyə keçiş mərhələsi gələn ilin əvvəlindən başlayır. Yeni normalara cavab vermək üçün avropa istehsalçıları öz model xəttlərinə hibrid və elektrokarları əlavə edirlər. AvtoVAZ şirkətinin belə imkanları olmadığına görə, rus istehsalçısı yeni qlobal modelin çıxışına qədər Avropadakı satışları dayandırmaq qərarına gəlib.

Böyük ehtimalla, söhbət Renault-Nissan-Mitsubishi alyansının platformasında inşa ediləcək yeni nəsil Lada 4x4 modelindən gedir. Bu ofrouder üçün mühərrik Renault ilə birlikdə hazırlanacaqdır. AvtoVAZ Avropaya məhz bu modellə qayıtmaq niyyətindədir.

Keçən il Lada modellərinin dünya üzrə satışı 395282 ədəd olub. Bunlardan yalnız 5325 ədədi Avropa ittifaqında satılıb. Keçən il populyar model Lada 4x4 olub – 2341 ədəd. Bu 2017-ci ildə olduğundan 344 avtomobil çoxdur. Lada Vesta modeli isə 1296 ədədlik tirajla satılıb.