AvtoVAZ şirkəti yenilənmiş Lada 4x4 modelinin bazasında yaradılan ticarət avtomobilləri xəttini təqdim edib. Bu xəttə yük platforması və furqon daxildir. Modellərin qiymətləri müvafiq olaraq 799 min (17,5 min manat) və 856 min (18,8 min manat) rubldan başlayır.

Lada 4x4 ofrouderinə əsaslanan yük platformasında iki avro-palet yerləşir. Onun yükgötürmə qabiliyyəti isə 580 kiloqramdır. Yük bölməsində yükü bərkitmək üçün altı takelaj petləsi və paslanmayan poladdan olan kilidləmə furniturası vardır. Seçim olaraq iki versiya təklif edilir: standart yük bölməsi olan ikiyerli və ya qısa yük bölməsi olan beş nəfərlik variant. Eyni zamanda, yükləmə/boşaltma asanlığını təmin etmək üçün nəzərdə tutulan pnevmatik dayaqaları və yük bölməsini işıqlandırmaq üçün lampası olan fiberqlas dam ilə təchiz edilən versiya da mövcuddur.

Lada 4x4 bazasında hazırlanmış furqonun yükgötürmə qabiliyyəti 490 kiloqramdır. Divar qalınlığı 30 və ya 50 millimetr olan sendviç panellərdən hazırlanmış çərçivəsiz furqon dörd variantda təklif olunur: universal, çörək daşıyan, izotermik və soyuduculu furqonları. Çərçivəli modifikasiyalar iki versiyada təklif edilir: mobil briqadalar üçün texniki xidmət avtomobili və möhkəmləndirilmiş damı, dam relinqləri, dama qalxmaq üçün nərdivanı olan furqon.

Yük platformalı modeldəki kimi, bu modellər də fərqli bölmə uzunluqları olan iki və ya beş nəfərlik versiyada təklif edilir.

Əlavə ödəniş ilə, gücləndirilmiş ön asqı yayları və arxa körpüsü, 240 millimetrə qədər artırılmış klirensi, 235/75 R15 ölçülü yolsuzluq şinləri, ön və arxa oxlarda vint tipli özükilidlənən differensialı, gedişi artırılmış amortizatorları, kondisioneri, azaldıcı pillələri olan paylayıcı qutunu özündə birləşdirən "yolsuzluq paketi" təklif olunur.

Lada 4x4 modeli 2020-ci ilin əvvəlində yenilənib. Yenilənmiş ofrouder yeni salona, səs-küy və titrəmə izolyasiyası da daxil olmaqla bəzi təkmilləşdirmələri əldə edib. Lada 4x4 modeli beş pilləli mexaniki ötürmələr qutusu ilə tandemdə çalışan 83 at qüvvəli 1,7-litrlik mühərriklə təchiz edilir.