Bentley şirkəti Bentayga modelinin «bərkgedən» variantı olan Bentayga Speed krossoverini təqdim edib. İstehsalçı Bentayga Speed modelini dünyanın ən yeyin ofrouderi adlandırır. Yeni modifikasiya 306 km/saatlıq maksimal sürət həddi ilə Lamborghini Urusu 1 km/saat üstələyir.

Ən güclü Bentayga modeli 635 at qüvvəsinə malik olan 6,0-litrlik W12 biturbo mühərriki ilə təchiz edilir. Gücün 608 at qüvvəsindən 635 at qüvvəsinə artmasına baxmayaraq, mühərrikin fırlanma anı 900 Nm olaraq qalır. Bentayga Speed 100 km/saat həddinə 3,9 saniyəyə sürətlənir ki, bu da adi krossoverdə olduğundan 0,2 saniyə yeyindir. Speed modelinin maksimal sürəti də 608 at qüvvəli modifikasiyadan 5 km/saat çoxdur.

Bentley Bentayga Speed modeli üçün nəinki mühərrikin tənzimləmələrini, həmçinin səkkiz diapazonlu avtomatik ötürmələr qutusunun və yanaəyilmələrin qarşısını alan elektromotorlarla çalışan köndələn dayanıqlılıq stabilizatorlarının nizamlamaları da yenilənib. Bundan başqa, asqı daha sərt, buraxılış sistemi isə daha gur səsli olub.

«Bərkgedən» krossoveri «tündləşdirilmiş» fənərləri, iri arxa spoyleri, Speed emblemləri və 22-düymlük təkər diskləri ilə seçilir.  Krossover üçün karbon-saxsı əyləc mexanizmlərini, alkantara ilə üzlənmiş oturacaqları və 22 istiqamətdə tənzimlənən ön oturacaqları da sifariş etmək olar. 

Bentley Bentayga Speed modelinin kütləvi təqdimatı mart ayında işinə başlayacaq Cenevrə avtosalonunda keçiriləcəkdir. 

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt