Bentley şirkəti xroma allergiyası olanlar üçün Flying Spur sedanının Blackline versiyasını hazırlayıb. Blackline seriyasının digər versiyalardan fərqi xrom detalların tamamilə qara parlaq rəngli bənzərləri ilə əvəzlənməsidir.

Hətta, kapotun üzərində quraşdırılan firma loqotipi - qanadlı «B» hərfi də qara rəngə boyanıb. Bundan başqa, radiator barmaqlığını, qanadlardakı havalandırma girişlərini, işıq texnikasının haşiyələrini və buraxılış sisteminin çıxış borularını xromdan məhrum ediblər. Flying Spur Blackline modelində xrom səthə malik olan yeganə element 21-düymlük təkər diskləridir, amma onlar da müəyyən dərəcədə «qaraldılıblar». Yeri gəlmişkən, Bentley Flying Spur Bıackline üçün 22-düymlük opsional təkər diskləri və 13 çalarda yeni kuzov rəngi təklif edilir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Bildiyimiz kimi, Rolls-Royce markası da öz modellərinin Black Badge adlı «qara» versiyalarını təklif edir. Bu versiyalarda orijinal tərtibat mühərrikin gücünün artırılması ilə müşayət olunur. Benltey isə yalnız xarici dekorla kifayətlənmək qərarına gəlib: Benley Flying Spur Blackline 635 at qüvvəsi və 900 Nm fırlanma anı hasil edən 6,0-litrlik W12 mühərriki və 8-pilləli «robot» ilə təchiz edilir.

Ən maraqlısı odur ki, Blackline versiyası adi sedanla müqayisədə o qədər də baha olmayacaqdır. ABŞ-da «qara» seriyadan olan sedan adi variantdan 4735 dollar bahadır.