Bentley şirkətinin ilk elektrokarını yeni növ batareyaların yaradılmasından sonra buraxacaqdır. Söhbət enerjinin qorunmasının yüksək sıxlığına malik olan batareyalardan gedir. Britaniya markasının rəhbəri Ədrian Holmarkın fikrincə, müasir texnologiyalar avtomobilin ölçülərini məhdudlaşdırır və lyuks seqment üçün uyğun deyil. Üstəlik o, markanın ilk elektrokarının sportkar olmayacağını da bildirib.

Holmark hesab edir ki, batareya texnologiyaları sahəsindəki sıçrayış 2023-2025-ci illərdə baş verəcəkdir. Onların tam elektrik Bentley modelində istifadəsi, əvvəllər dəbdəbəli avtomobillər almayan yeni müştərilərin cəld edilməsinə imkan yaradacaqdır. Eyni zamanda, Holmark hazırki Bentley sahiblərinin 40 faizinin elektrokar almaq barədə düşündüyünü də qeyd edib.

Image alt Image alt Image alt Image alt Image alt

“Sportkarlar barədə əvvəllər düşünmüşük, lakin hazırda onların gərək olduğundan əmin deyilik, - Holmark bildirib. – Digər tərəfdən, Volkswagen Group onları istənilən qədər istehsal edir”.

Şirkət rəhbəri yeni modelin köməkliyi ilə klassik qrand turer ənənələrini yenidən nəzərdən keçirərək, daha uzun məsafəli elektrokar yaratmaq istədiklərini bildirib.

Mənbə: Carscoops