Benzin mühərrikli Porsche Macan modeli 2024-cü ildə istefaya göndərəcəyi barədə məlumat peyda olub. Bu barədə Britaniyanın “Autocar” nəşrinə, Porsche şirkətinin məhsul xəttinin rəhbəri Sebastyan Ştayger bildirib. Bununla belə, Ştayger qərarın hələlik qəbul olunmadığını, lakin şirkətin məhz bu müddəti əsas götürdüyünü qeyd edib, çünki modelin taleyini həmçinin ekoloji qanunvericiliyin sərtləşdirilməsi müəyyən edəcəkdir.

Beləliklə, üç ildən sonra yanacaqlı krossoveri elektrik güc qurğusu ilə hərəkətə gələn Macan krossoveri əvəzləməlidir. Macan elektrokarı ölçülərinə və qiymətinə görə cari yanacaq krossoveri ilə müqayisə edilən olmalıdır.  Porsche şirkəti yeni Macan elektrokarını PPE (Premium Platform Electic) platformasında inşa edəcəkdir. Audi şirkəti ilə birilikdə hazırlanan platforma Q6 e-tron və A6 e-tron modellərinin əsasını təşkil edəcəkdir.

Əvvələr, Macan və Macan EV modellərinin bir müddət paralel olaraq buraxılacağı bildirilmişdi. Benzin mühərrikli krossover, alıcılarının və infrastrukturunun elektrik ötürməsinə keçidə hazır olmayan bazarların tələbatını təmin etməlidir. Bununla belə, 2025-ci ildə Avropada Euro 7 standartları qüvvəyə minməlidir ki, bu da DYM-li avtomobillərin buraxılması imkanlarını məhdudlaşdıracaqdır.

Elektrik mühərrikli Porsche Macan modeli 2022-ci ildə debüt etməli və 2023-cü ildə satışa çıxarılmalıdır. Yaradıcılarının bildirdiyinə görə, Macan elektrokarı Taycan sedanından daha yeyin doldurulsa da, yürüş ehtiyatına görə rekordçu olmayacaqdır: Porsche şirkəti Macan elektrokarının ağır olmasını istəmir. Elektrik krossoverinin bir neçə modifikasiyası, o cümlədən ən güclü versiyası da olacaqdır.

Orijinal Macan modeli 2014-cü ildə debüt edib və yaxşı satışlara malikdir. Bu ilin birinci yarısında Porsche şirkəti 43.618 ədəd Macan modeli satıb. Müqayisə üçün, bestseller sayılan Cayenne 44.050 nüsxəlik tirajla satılıb. Bu yay Macan modeli növbəti dəfə yenilənib.

Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.