Affalterbaxda GT kupesinin trek üçün nəzərdə tutulmuş ekstremal Black Series verisyasının təqdimatına əsaslı şəkildə hazırlaşırlar. Artıq ekstremal kupenin çox sayda casus şəkillərini görmüşük - superkarın Nürburqrinqdə sazlanmasını zamanı çəkilən təsvirlər də bunlara aiddir.

Bir neçə gün bundan əvvəl avtomobilin bir neçə şəkili şəbəkəyə sızıb. Heç bir kamuflyajı olmayan Mercedes-AMG GT Black Series modeli hansısa texniki otaqda ələ keçirilib. Şəkillər avtomobili diqqətlə nəzərdən keçirməyə imkan verir - xüsusən də iri arxa antiqanadı, radikal diffuzoru, yeni aerodinamik dayağı və hava girişləri olan çıxıntılı kapotu qeyd etmək lazımdır. 

Böyük ehtimalla, gizlilik oyunları aparmağın mənasız olduğunu anlayan Mercedes-AMG bölməsinin rəhbərliyi, superkara həsr olunmuş ilk rəsmi videotizeri yaymaq qərarına gəlib. Bu, bayağı bir videotizer deyil, baş rolu məşhur bloqqer Shmee150-nin oynadığı qısametrajlı bir filmdir.

Doğrudur, onun adı çəkilmir, buna görə də bloqqerin filmdəki iştirakını kameo adlandırmaq olar - mahiyyətcə bloqqer özü öz rolunu oynayır.

Süjetə əsasən, macəraçı Mercedes-AMG mühəndislərinin sınaq prototiplərini öyrəndiyi gizli məkana daxil olur və orada GT Black Series modelini aşkar edir. Avtomobilin “casus şəkilləri” çəkdikdən sonra isə, superkarı “qaçırır”. Daha sonra, təqibçilər tərk edilmiş avtomobili və superkarı “qaçıranın” mesajını aşkarlayırlar. O, “kiçik test drayvı həyata keçirdiyini” və “avtomobilin başqa kainatdan olduğunu” bildirir.

Mersedes-AMG GT Black Series modelinin rəsmi debütünün bu ay baş tutması mümkündür - çünki, istehsalçı tizer kampaniyasına başlamağa məcbur olub. Bununla yanaşı, avtomobilin texniki detalları dərc edilməyib və bəzi mənbələr superkarın 720 at qüvvəsinə malik olan 4,0-litrlik V8 biturbo mühərriki ilə təchiz olunduğunu iddia edirlər.