BMW şirkəti Mercedes-Benz. CLA modelinin gələcək rəqibinin ilk şəkillərini dərc edib. Söhbət əlbəttə ki, BMW 2 Series Gran Coupe modelinin seriyaöncəsi prototipindən gedir.

Şəkillərdəki BMW 2 Series Gran Coupe modelinin prototipi onun eksteryer dizaynını gizlədən kamuflyaj ilə örtülüb. Lakin, avtomobilin dinamik silueti tam aydınlığı ilə nəzərə çarpır. Yeni 2 Series Gran Coupe modelinin Los Ancelesdə keçiriləcək avtosalonda  debüt edəcəyi gözlənilir.

Image alt Image alt Image alt

Yeni dördqapılı kupe cari nəsil BMW 1 Series modelinin əsasını təşkil eymiş UKL öndənçəkişli platformasında inşa ediləcəkdir. Müvafiq olaraq, yeni modelin 1 Series modelinin mühərrik çeşidinə sahiblənəcəyini də söyləmək olar. Modelin top variantı 306 at qüvvəli mühərrik, 8-pilləli avtomatik qutu və tam ötürmə ilə təchiz ediləcək BMW M235i Gran Coupe sedanı (bəlkə də liftbeki) olacaqdır. Bu modifikasiya adi dördqapılı kupelərdən aqressiv görünüşü ilə fərqlənəcəkdir.

Maraqlıdır ki, 1 Series modelindən fərqli olaraq, BMW 2 Series Gran Coupe dünya üzrə satılacaqdır.