BMW şirkəti M2 kupesinin hardkor variantı olan M2 CS modelini təqdim edib. M GmbH bölməsinin rəhbəri Markus Flaş BMW M2 CS kupesini «dövlət nömrə nişanlı yarış sportkarı» adlandırıb. Dərc edilmiş detallara diqqət yetirsək, Flaşın tamamilə haqlı olduğunu görərik.

BMW M2 CS modelinin kapotunun altında 450 at qüvvəsi və 550 Nm fırlanma anı hasil edən 3,0-litrlik sıralı altısilindrli turbomühərrik yerləşir. M2 Competition modelindən tanış olan S55 mühərriki 40 at qüvvəsi əlavə gücə və xüsusi olaraq bu mühərrik üçün nəzərdə tutulmuş yağlama sisteminə sahib olub.

Güc aqreqatını 6-pilləli mexaniki və iki muftalı 7-diapazonlu robotlaşdırılmış ötürmələr qutusu ilə təchiz edilə bilər. Mexaniki transmissiya ilə təchiz edilmiş M2 CS modeli 100 km/saat həddinə 4,2 saniyəyə, «robota» malik olan kupe isə 4,0 saniyəyə sürətlənir. Sportkarın maksimal sürəti 250 km/saat həddində elektronika tərəfindən məhdudlaşdırılıb.  Opsional dəstin köməkliyi ilə bu həddi 280 km/saata qədər çəkmək olar. Transmissiyadan asılı olaraq model 100 kilometrə 9,4 - 10,4 litr yanacaq sərf edir.

Modelin standart təchizatına üç rejimi (Comfort, Sport, Sport+) olan adaptiv M asqısı, elektronika ilə idarələnən M differensial, M Compound əyləc sistemi, qara rəngli 19-düymlük təkər diskləri və Michelin Pilot Sport Cup 2 şinləri daxildir. Əlavə ödənişlə qızılı rəng təkər disklərini və M karbon-saxsı əyləc disklərini sifariş etmək olar.

BMW M2 CS modelinin kuzovu daha sərt və yüngül olub. Birinciyə əlavə güc elementlərinin, ikinciyə isə karbondan hazırlanış kuzov panellərinin quraşdırılması sayəsində nail olunub. Məsələn, kapot, dam, ön splitter, arxa spoyler və arxa diffuzor karbondandır. Buraxılış sistemi ucluqları karbondan olan çıxış borularına və səsi salondakı düymə vasitəsi ilə tənzimləməyə imkan verən xüsusi klapanlara malikdir. 

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Avtomobilin interyerində də karbondan geniş istifadə edilib - təkcə dekor elementlıəri deyil, həmçinin mərkəzi konsol və M oturacaqlarının karkasları da kompozit materialdan hazırlanıb. Salonun tərtibatında Merino dərisindən və alkantaradan istifadə edilir. Daha bir maraqlı element zamşa və karbonla tərtib edilmiş və «0» nişanına malik olan sükan çarxıdır. Nəhayət, tortun üzərindəki albalı giləsi rolunu kuzovun Misano Blue rəngi oynayır.

BMW M2 CS modelinin kütləvi debütü bu ay keçiriləcək Los Anceles avtosalonunda baş tutcaqdır. Avtomobilin Almaniyadakı satış qiyməti 95 min avrodur.