2025-ci ildə BMW yeni Neue Klasse sinfinin ilk modelini nümayiş etdirəcək. Bu model, alman markasının elekomobillərini yeni səviyyəyə qaldıracaq yeni nəsil batareyalar və elektrik mühərrikləri ilə təchiz ediləcəkdir. Qarşıdan gələn yenilikləri “böyük texnoloji sıçrayış” kimi səciyyələndirən BMW şirkətinin baş texniki direktoru Frank Veber “CAR” nəşrinə verdiyi müsahibəsində Münhen istehsalçısının perspektiv elektromobillərinin texniki məlumatları üzərindəki sirr pərdəsini götürüb.

İnnovasiyalar, ilk növbədə, batareyalara aid olacaqdır. CATL, EVE və Northvolt şirkətləri tərəfindən tədarük olunacaq dairəvi batareyaların diametri 46 millimetr, hündürlüyü isə 95 millimetr (minik modelləri) və ya 120 millimetr (krossoverlər) təşkil edəcəkdir. Batareyaların yeni tərkibi enerji sıxlığını 20%, batareyanın ümumi səmərəliliyini 30% və yürüş ehtiyatını eyni miqdarda yaxşılaşdıracaq, habelə batareyanın tam doldurması müddətini 30% azaldacaqdır.

800 voltluq elektrik sistemi güclü terminallarından istifadə ilə birlikdə, 12 dəqiqə ərzində batareyanı 95 faizə qədər doldurmağa imkan verəcəkir. BMW M ailəsi dördmühərrikli quruluşa malik olacaq, bütün mühərriklər ayrıca idarə olunacaqlar ki, bu da onların sabit maksimal məhsuldarlığını, yüksək enerji sıxlığını və aşağı səs-küy səviyyəsini təmin edəcəkdir. Beləliklə, batareyanın səmərəli istifadə əmsalı 97 faizə çatacaqdır.

Mühərriklərin hasilatı 268 - 1341 at qüvvəsi arasında dəyişəcəkdir ki, bu da 75 - 150 kilovat-saatlıq batareyalarla birlikdə tamamilə fərqli sinifdən olan elektromobilləri yaratmağa imkan verəcəkdir. BMW Neue Klasse sinfindən olan elektromobillər dizayn baxımından mövcud üslubdan “daş üstündə daş qoymayacaqlar”. Aerodinamik səmərəlilik baxımından yeni elektromobillər ən azı 25% daha yaxşı olacaq, həmçinin artırılmış yerəbasma gücünü hasil edəcəklər.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.