Bir müddət bundan öncə, BMW M bölməsinin rəhbəri Markus Flaş alman markasının superkar buraxmağa ehtiyacı olmadığını və bu rolu M8 modelinin yerinə yetirmək iqtidarında olduğunu bildirmişdi. Bu gün isə, Flaş el arasında demişkən, “zadniyə atıb”. İndi bavariyalılar belə bir modelin yaradılması məsələsinə baxdıqlarını bildiriblər.

BMW markasını fanatları alman markasının model xəttində Ferrari və Lamborghini superkarları ilə kəllə-kəlləyə gələcək ortamühərrikli superkarın peyda olmasını gözləyirlər. Lakin, Flaş yayda onların model xəttində belə avtomobilin olduğunu söyləyərək, diqqətləri M8 modelinə yönəldib. M8 modeli alman markasının Nürburqrinqdəki ən yeyin modeli olsa da, bavariyalılar ortamühərrikli superkar hazırlamaq niyyətindən imtina etməyiblər.

Flaş gələcək superkarın Mercedes-AMG One kimi xardkor hiperkar olmayacağını, əskinə gündəlik istismar üçün yararlı olacağını söyləyib. Superkarın hibrid və yaxud tamamilə elektrik güc aqreqatı ilə hərəkətə gələcəyi ehtimal edilir. Bu səbəbdən də, M və i bölümləri səylərini birləşdirmək məcburiyyətindədirlər.