Avropada universalları çox sevirlər. Bu səbəbdən də bir çox markalar model xəttində belə avtomobillərə ayrıca yer verirlər. BMW şirkəti də öz müştərilərinə 3 Series və 5 Series Touring modellərindən yararlanmağı təklif edir.

Bavariya universallarının maraqlı cəhətlərindən biri baqaj qapağını qaldırmadan əşyaları baqaja yükləməyə imkan verən ayrıca açılan arxa şüşədir. Lakin, sən demə, universal sahiblərinin kiçik bir hissəsi bu rahat həll yolundan istifadə edir. Səbəb isə, avtomobil sahiblərinin əksəriyyətinin bu opsiyadan bixəbər olmasıdır.

«Autocar» dərgisinə müsahibə verən BMW şirkətinin məhsul üzrə meneceri Ştefan Horn jurnalistlərdən bu funksiya haqqında ətraflı məlumat vermələrini xahiş edib. Ən maraqlısı odur ki, BMW 3 Series Touring modelinin yeni nəslini hazırlayan zaman, istehsalçı bu opsiyadan imtina etmək istəyirmiş.Güman edirəm ki, səbəbini açıqlamağa ehtiyac yoxdur.