BMW şirkəti yenilənmiş X3 və X4 krossoverlərini, habelə onların “bərkgedən” M versiyalarını təqdim edib. Bu krossoverlərin əsas satış bazarı Çindir: istehsal olunan X3 və X4 modellərinin 45 faizindən çoxu Səma İmperiyasında satılır. Beləliklə, Çinin payı Avropa Birliyinin (20%) və ABŞ-ın (15%) payından bir neçə dəfə çoxdur!

Plan üzrə aparılmış yenilənmənin əsas leytmotivlərindən biri model çeşidinin ixtisara salınması və sadələşdirilməsi olub. Xoşbəxtlikdən söhbət mühərriklərdən getmir. Ancaq opsiyalar, onların birləşmələri və paketlər üçdə bir dəfə azaldılıb. Beləliklə, şirkət alıcılar üçün uyğun gələn avtomobili seçməyi nəinki sadələşdırıb, eyni zamanda logistika xərclərini də azaldıb. Qeyd etmək gərəkdir ki, X3/X4 krossoverlərinin baza təchizatı daha zəngin olub.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Məsələn, standart kuzov dəsti əvvəlki X-Line “offroad” paketinin üslubunda hazırlanır (bamper və qapılarda əlavə örtüklər var), əlavə ödənişlə isə, bir neçə M idman paketi təklif olunur. İstənilən halda, yeni bamperlər şaquli əlavələr ilə bəzədilib. “Burunların” ölçüləri böyüdülüb (onların hündürlüyü artırılıb) və onlar birləşdiriliblər.  BMW X4 modelinin baza versiyasında radiator barmaqlığının torşəkilli naxışı var.

Adaptiv LED fənərlər X3 modelində  artıq “bazadadır", X4 krossoveri isə standart olaraq matrisa fənərləri ilə təchiz edilir. Fənərlərin hündürlüyü 10 millimetr azaldılıb. Əlavə ödəniş qarşılığında lazer-fosforlu uzaq işıqları da  təklif olunur. Arxa LED fənərlərinin qrafikləri yenidən işlənsə də, onların korpusları dəyişilməyib.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Avtomobillərin interyeri ən müasir BMW modellərinin üslubunda yenilənib. 10,25-düymlük virtual cihazlar paneli  X3/X4 ailəsində keçən ildən quraşdırılır, indi isə bu panel standart təchizata daxil edilib. Klimat-kontrolun yeni yığcam bloku (bütün versiyalarda üç zonalı) mərkəzi havalandırma deflektorlarının arasında yerləşən monoxrom ekrana sahib olub.

Mərkəzi tuneldəki idarəetmə bölməsi də yenidən nəzərdən keçirilib, genişləndirilmiş funksiyalara malik olan media sistemini  10.25 və ya 12.3 düymlük displeylərlə sifariş etmək olar. Ön idman oturacaqları da standart təchizata daxildir. Nəhayət, havalandırma sisteminin yan deflektorları gümüşü çərçivələrlə bəzədiliblər.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Artıq bütün mühərriklər start-stop kimi işləyən və sürətlənmənin ilk anlarında mühərrikə kömək edən 11 at qüvvəli 48 voltluq startyor-generator (dizellərdə keçən ildən quraşdırılır) ilə təchiz edilirlər. Ancaq modifikasiya çeşidləri əvvəlki kimidir - bütün avtomobillər səkkiz pilləli “avtomat” və tam ötürmə sistemi ilə təchiz olunurlar.

"Mülki" çeşiddə xDrive20i (184 at qüvvəli 2,0-litrlik), xDrive30i (245 at qüvvəli 2,0-litrlik) və M40i (360 at qüvvəli 3,0-litrlik) benzin, həmçinin xDrive20d (190 at qüvvəli 2,0-litrlik), xDrive30d ( 286 at qüvvəli 3,0-litrlik) və M40d (340 at qüvvəli 3,0-litrlik) dizel versiyaları mövcuddur. X3 modeli 292 at qüvvəsi hasil edən hibrid güc qurğusu ilə hərəkətə gələn xDrive30e versiyasında da təklif edilir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Eyni zamanda, "bərkgedən" BMW X3 M və X4 M krossoverləri də yenilənmədən nəsiblərini alıblar.Ümumiyyətlə, onlar da eyni təkmilləşdirmələr siyahısına sahib olublar, lakin orijinal bamperlər (yenidən qara şaquli hissələrlə) avtomobilləri aqressiv görünüşlə təmin edirlər.

480 at qüvvəli başlanğıc modifikasiyalardan imtina olunub, buna görə də, artıq çeşiddə yalnız Competition versiyaları qalıb. Ancaq bu versiyalar əvvəlkindən də aqressivdirlər.

3,0-litrlik sıralı altısilindrli biturbomühərrik 510 at qüvvəsi hasil edir, lakin mühərrikin fırlanma anı 600-dən 650 Nm-ə qədər artırılıb. "Cilalanmış" idarəetmə proqramı ilə birlikdə, artan fırlanma anı 100 km/saat həddinə sürətlənmə müddətini  4.1-dən 3.8 saniyəyə endirməyə imkan verib!

Maksimal sürət ənənəvi olaraq 250 km/saat həddinə məhdudlaşdırılır, lakin M Driver’s dəsti sifariş verildikdə, bu həddi 285 km/saata qədər çəkmək olar. Adaptiv asqı sistemi və aktiv arxa M-differensial əvvəl olduğu kimi "bazadadır".

Yenilənmiş X3 /X4 ailəsinin istehsalına avqust ayında alman istehsalçısının ABŞ-dakı zavodunda başlanacaqdır. Sonradan avtomobillər tədricən digər bazarlarda satış debütü edəcəkdirlər.