Bir müddət bundan öncə M bölməsinin rəhbəri Markus Flaş BMW markasının superkara ehtiyacının olmadığını və M8 modelinin bu rolu layiqincə ifa etdiyini bildirmişdi. Lakin, bu günlərdə cənab Flaş M bölməsinin heç bir seriya modelinə əsaslanmayan superkarı buraxmaq üzərində düşündüyünü bildirib. Bu sözləri Markus Flaş X3 M və X4 M modellərinin Nyu Yorkda keçirilən təqdimatı zamanı söyləyib.

Hazırda M GmbH bölümü tərəfindən buraxılan bütün “bərkgedən” avtomobillər seriya modellərinə əsaslanırlar. Bununla belə, alman istehsalçısı Lamborghini, Ferrari və Mercedes-AMG GT ailəsindən olan superkarlara rəqib hazırlamağa borcludur. Bunu şirkətin imici tələb edir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt

Markusun sözlərinə görə, BMW M1 modelinin davamçısı üzərindəki işlər düşüncələrdən o tərəfə gkeçməyib. Hazırda mütəxəssislər bu məqsədlərə uyğun olan kuzov növü, həmçinin sportkarın güc aqreqatı barədə araşdırmalar aparırlar. Flaş belə avtomobilin buraxılması halında alman markasının ruhuna uyğun olacağını, həmçinin dəqiq idarəetməsi, yüksək gücü və heyranedici dəbdəbəsi ilə seçiləcəyini söyləyib. Bununla belə, potensial superkarın BMW M8 modelindən ucuz olacağı da istisna edilmir.