BMW şirkəti X5 və X7 krossoverlərinin yeni modifikasiyalarını təqdim edib. BMW X5 M50i və X7 M50i modelləri səkkizsilindrli mühərrik, səkkizdiapazonlu Steptronic «avtomatı», tam ötürmə və spesifik tənzimləmələri olan asqı ilə təchiz edilirlər.

BMW X5 M50i və X7 M50i modelləri 530 at qüvvəsi və 750 Nm fırlanma anı hasil edən 4,4-litrlik V8 TwinTurbo mühərriki ilə təchiz edilirlər. Xatırladaq ki, bu mühərriki BMW M850i modeli ilə birlikdə debüt edib. Mühərrik yeni porşenlərə, silindr başlığına, karterə, dirsəkli vala və iri həcmli turbokompressorlara sahib olub. BMW X5 M50i modeli 100 km/saat həddinə 4,3 saniyəyə, X7 M50i isə 4,7 saniyəyə sürətlənir. M50i versiyası xDrive50i modifikasiyasını əvəzləyəcək.

Image alt Image alt Image alt

BMW X5 M50i və X7 M50i krossoverlərinin təchizatına M Sport idman buraxılış sistemi, sükanaltı dəstəkləri və lonç-kontrol funksiyası olan Steptronic «avtomatı», arxa oxda M-differensialı olan xDrive tam ötürmə sistemi və xüsusi tənzimləmələrə malik olan adaptiv asqı daxildir. M50i modifikasiyası üçün bu asqının kinematikası və elastokinematikası, həmçinin elektronika ilə idarələnən amortizator və pnevmodayaqlarının iş alqoritmi dəyişidirilib.

Image alt Image alt Image alt

Bundan başqa, M50i krossoverləri elektromexaniki sükan idarəetməsi, idman əyləcləri və 21-düymlük təkər diskləri ilə standart olaraq təchiz edilirlər. Opsional olaraq, X5 M50i və X7 M50i modellərini arxa dönən təkərlər və adaptiv köndələn dayanıqlılıq stabilizatorları ilə sifariş etmək olar.

BMW X5 M50i və X7 M50i modellərinin buraxılışına avqust ayında Spartanberqdəki zavodda başlanacaqdır. Yeni krossoverlərin satışlarına payızda start veriləcəkdir.