BMW şirkəti yeddinci nəsil 3-Series modelinin məişət elektrik şəbəkəsindən qidalanan modifikasiyasını təqdim edib. BMW 330e modeli 2.0-litrlik benzin turbomühərriki və son nəsil eDrive elektrik ötürməsi ilə təchiz olunur. 330e modelinin elektrik ötürməsi ilə gediş məsafəsi 50% artaraq 60 kilometrə bərabər olub. Yeni hibridin yanacaq sərfiyyatı da azalıbdır – indi sedan 100 kilometrə 1,7 litr yanacaq işlədir.

BMW 330e modelinin 2,0-litrlik turbomühərriki 184 at qüvvəsi hasil edir. Quraşdırılmış səkkiz diapazonlu “avtomat-elektromotor” 68 at qüvvəsinə malikdir. Hibrid güc aqreqatının ümumi hasilatı 252 at qüvvəsi və 420 Nm fırlanma anıdır. Hibrid sedan 100 km/saat həddinə 6,0 saniyəyə sürətlənir. Sedanın maksimal sürəti 230 km/saatdır. Elektrik ötürməsindən istifadə zamanı maksimal sürət həddi 140 km/saat təşkil edir.

İdarəetmə elektronikasının Sport rejimində əlavə 41 gücü təmin edən XtraBoost funksiyası işə düşür. Bu rejim, hətta batareyanın minimal enerji səviyyəsində və kəskin sürətlənmə zamanı çalışır. Bundan başqa, alman istehsalçısı 330e sedanını elektron akselerator pedalının və ötürmələr qutusunun xüsusi tənzimləmələri ilə təmin edib.

BMW 330e modeli səsin gücləndirilməsi sisteminə və avtomobilin elektrik ötürməsi ilə hərəkəti zamanı piyadaları xəbərdar edən funksiya ilə təchiz edilir. 330e modelinin standart təchizatına salonun avtonom qızdırılması və soyudulması sistemi daxildir. Hibrid sedan adi 3-Series modelləri kimi adaptiv M-asqısı, M-əyləcləri, dəyişən ötürmə əmsalı olan sükan mexanizmi və genişləndirilmiş yardımçın sistemləriilə də təchiz edilə bilər.

Hibrid sedan gələn ilin yayından başlayaraq satışa çıxacaqdır.