Brabus tüninq atelyesinin model çeşidində “800” ailəsi xüsusi yer tutur. Hazırda bu ailəyə Mercedes-AMG E63 S modeli daxildir. Indi isə “800” xəttinə üçcərgəli Mercedes-AMG GLS 63 krossoveri də qoşulub. Əsas diqqət krossoverin mühərrikinin gücünün 800 at qüvvəsi, fırlanma anının isə 1000 Nm-ə qədər artırılmasına yönəldilib.

Belə xarakteristikalara malik olmaq üçün, Brabus mühəndisləri krossoveri Brabus PowerXtra B40S-800 dəsti ilə təchiz etməyi məsləhət görürlər. 800 at qüvvəli Mercedes-AMG GLS 63 krossoveri 100 km/saat həddinə 3,8 saniyəyə sürətlənir. Krossoverin maksimal sürəti elektronika tərəfindən 280 km/saat həddində məhdudlaşdırılıb.

Tüninq proqramı, avtomobili gərəkli “səs” ilə təmin edən, aktiv klapanları olan paslanmayan poladdan hazırlanmış buraxılış sisteminin quraşdırılmasını da nəzərdə tutur. Düyməyə basmaqla V8 mühərrikinin “pıçıltısını” “idman nəriltisinə” dəyişdirmək olar.

Krossoverin salonu da diqqətdən kənarda qalmayıb. Buradakı hər bir element əsl premium dəri ilə üzlənir. Salon tərtibatında karbondan hazırlanmış əlavələrdən də geniş istifadə edilir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Brabus atelyesinin son işləri arasında Mercedes-AMG GT 63 S 4-Door Coupe modeli var. 639 at qüvvəsi və 900 Nm fırlanma anına malik olan standart mühərrikin hasilatı 900 at qüvvəsi və 1050 Nm-ə qədər artırılıb.

Layihəyə Brabus Rocket 900 adı verilib və mühərrikin gücləndirilməsi yanaşı, karbondan kuzov dəstinin quraşdırılması, asqının hündürlüyünün aşağı salınması və standart təkər disklərinin firma diskləri ilə əvəzlənməsi nəzərdə tutulur.