Buick şirkəti amerikan markasının faqmanı olan Enclave krossoverinin yenilənmiş versiyası barədə ətraflı məlumatı dərc edib. Xatırladaq ki, Enclave modeli Buick markasının model çeşidindəki ən böyük (uzunluğu 5,2 metr) və bahalı modeldir. İkinci nəsli Buick Enclave modeli 2017-ci ildə debüt edib və planlaşdırılmış yeniləmədən keçib.

Krossover aqressiv üsluba malik olan ön tərəfə sahib olub: dəbli "ikimərtəbəli" ön fənərlərin üzərində gündüz hərəkət işıqları və dönmə siqnalları yerləşdirilib. Radiator barmaqlığının ölçüsü də daha böyük olub. Arxa hissədə köklü dəyişlik olmayıb, lakin burada yeni fənərlər və bamper peyda olub.

İnteryerdəki yeniliklər elə də ciddi xarakter daşımır. Buick flaqmanının hələ də media sisteminin səkkiz düymlük sadə ekranına sahib olması təəccüb doğurur. Cihazlar paneli də dəyişməyib. İnteryerdəki yeniliklər yeni sükan çarxından və transmissiyanın mərkəzi tuneldəki coystikini əvəzləmiş düyməli selektordan ibarətdir. Elektron köməkçilər kompleksi də təkmilləşdirilib.

Əvvəl olduğu kimi, fərqli radiator barmaqlığına, 20-düymlük təkər disklərinə və genişləndirilmiş xrom dekora sahib olan Buick Enclave Avenir top versiyası da yenilənib. Dəbdəbəli versiyanın avadanlıq dəstinə əsl dəri və ağacla tərtib edilmiş salon, havalandırılan ön oturacaqlar, üçüncü cərgənin elektriklə qatlanması, arxa kameradan alınan görüntünü əks etdirən salon güzgüsü və digər elementlər daxildir. Əlavə bir ödəniş qarşılığında Avenir versiyasını adaptiv asqı ilə təchiz etmək olar.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Güc aqreqatı da dəyişməyib. Krossover 9-pilləli “avtomat” ilə tandemdə çalışan 314 at qüvvəli 3,6-litrlik V6 atmosfer mühərriki ilə hərəkətə gəlir. Bütün versiyalar standart olaraq ön ötürməlidirlər. Arxa oxu qoşan çoxdiskli iki muftası olan GKN tam ötürmə sistemi opsiyadır.

Yenilənmiş Buick Enclave modelinin ABŞ bazarındakı satışlarına payızda başlayacaqdır. Restaylinqdən əvvəlki Enclave krossoverinin qiyməti 42 min, tam ötürməli Enclave Avenir modelinin isə 58 min dollardan başlayır.