Cadillac şirkəti dördüncü nəsil Magnetic Ride Control adaptiv asqı sistemini təqdim edib. İstehsalçı, 2002-ci ildə Seville STS sedanında debüt etmiş texnologiyanın əhəmiyyətli dərəcədə inkişaf etdirildiyini bildirib. Eyni zamanda, Cadillac bu asqının dünyanın ən sürətli adaptiv asqısı olduğunu qeyd edib. Sələfi ilə müqayisədə yeni asqının reaksiya müddəti 45% artırılıb.

MagneRide 4.0 sistemində əvvəlki nəsillərdə olduğu kimi, ştokunda iki elektromaqnetik çarx yerləşmiş  amortizatorlardan istifadə edilir. Onlar işçi kamerada yerləşən maqnetoroloji mayeyə təsir edərək onun qatılılıq səviyyəsini dəyişir və büləliklə asqını “sıxır”.

Dörd dayağın hər biri üçün nəzərdə tutulan optimal dempfirləmə səviyyəsi, şaquli sürətlənmə toplarına  quraşdırılmış sürətləndirmə sensorlardan istifadə etməklə müəyyən edilir: onlar dörd dəfə daha sürətli işləyirlər və saniyədə min dəfə yolun "şəklini çəkirlər". Sərt əyləcləmə və kəskin dönmələr zamanı kuzovun təkərə nisbətən hərəkətinə ətaləti ölçmə bloku nəzarət edir.

MagneRide sisteminin dördüncü nəslinin idarəetmə proqramı yenidən yazılmış, müəyyən elementləri dəyişdirilmiş və daxili sürtünmə səviyyəsi azaldılmışdır (istehsalçı "sıfır dempfirləmə" effekti barədə danışır). Bunun nəticəsində müxtəlif hərəkət rejimləri arasındakı fərq daha aydın şəkildə özünü biruzə verir. Üstəlik, ikincil temperatur xəritələri əlavə edilmişdir ki, bu da, xüsusilə dinamik hərəkət zamanı daha stabil fəaliyyəti təmin etmək üçün, amortizatordakı mayenin temperaturundakı dəyişiklikləri kompensasiya etməyə imkan verir.

MagneRide 4.0 asqı sistemi CT4-V (yalnız arxa ötürməli versiyada) və CT5-V sedanlarında standart olacaq quraşdırılacaqdır. Əlavə ödənişlə Cadillac CT5 Sport sedanını belə asqı ilə sifariş etmək olar. Bunun üçün  V Performance paketini sifariş etmək kifayətdir. Bundan başqa, Cadillac Escalade modelinin Sport və Platinum modifikasiyaları da adaptiv dayaqlar ilə təchiz ediləcəkdirlər.