Cadillac şirkəti bu ayın sonunda iki “qaynar” sedanı təqdim edəcəyini bildirib. Bunlar, Cadillac CT5-V və CT4-V modellərdir. Bu barədə məlumatı Motor1 saytına şirkətin mətbuat xidməti məlumat verib. Ən maraqlısı odur ki, Cadillac CT4 modelinin adi versiyası belə təqdim edilməyib.

Cadillac CT5-V modelinə gəldikdə isə, CT4 modelindən fərqli olaraq, CT5 liftbekinin adi versiyası keçən ay Nyu Yorkda keçirilmiş avtosalonda geniş kütlə qarşısına çıxıb. Cadillac CT4 modelinin debüt etmədiyini nəzərə alsaq, onun “qaynar” modifikasiyasının imkanları barədə fikir yürütmək tezdir. Böyük ehtimalla, yığcam modelin adi versiyası 2,0-litrlik turbomühərriklə təchiz ediləcəkdir. “Qaynar” versiya isə, Cadillac CT5 sedanından götürülmüş 3,0-litrik V6 mühərrikini ala bilər.

Cadillac CTS-V sedanını əvəzləyəcək CT5-V liftbekinə gəldikdə isə, yeni “bərkgedən” modelin daha iri Cadillac CT6-V modelinin 4,2-litrlik V8 Blackwing mühərrikinə sahib olacağı ehtimal edilir.

Cadillac CT6-V modelinin 4,2-litrlik benzin mühərriki iki qanadçığı olan turbokompressor cütlüyü, elektron idarəetməsi olan öncədən buraxılış klapanı, iki interkuler, silindrlərin söndürülməsi və elektronasoslu yağlama sistemi ilə təchiz edilir. Mühərrik 557 at qüvvəsi və 850 Nm fırlanma anı hasil edir. Güc aqreqatı 10-pilləli avtomatik ötürmələr qutusu və tam çəkiş sistemi ilə tandemdə çalışır.