Cadillac şirkətinin rəsmi saytında XT4 krossoverinin “qaynar” V-Sport versiyasının eksizləri aşkar edilib. “Qaynar” krossover adi modeldən baqaj qapağındakı emblemi və iri çıxış boruları olan səsboğucu sistemi ilə seçilir.

GM Authority saytının məlumatına görə, “qaynar” Cadillac XT4 V-Sport V-şəkilli mühərrik ilə təchiz edilməyəcəkdir. Onun əvəzinə crossover hazırki 2,0-litrlik turbomühərrikin bazasında hazırlanacaq hibrid güc qurğusunu əldə edəcəkdir.  Turbomühərrik 240 at qüvvəsi və 350 Nm fırlanma anı hasil edir. İkinci variant isə, Chevrolet Silverado modelinin  2,7-litrlik turbomühərrikidir. Bu aqreqat 310 at qüvvəsi və 472 Nm fırlanma anı təklif edir.