Cadillac şirkəti 2020-ci ildən modellərin yeni rəqəmsal nişanlanmasını tətbiq etmək niyyətindədir. Üçrəqəmli nişan mühərrikin metrik vahidlərdə maksimal fırlanma anını göstərəcəkdir. Fırlanma anı yuvarlaqlaşdırılacaqdır. Bununla belə, yeni indekslər sistemi V seriyasından olan avtomobillərə aid olmayacaqdır.

Amerikan markasının prezidenti Stiv Karlaylın sözlərinə görə, yeni nişanlama əlçatan güc, avtomobilin dinamik xarakteristikaları və yedəyə alma imkanları barədə xəbər verəcəkdir. Bundan başqa, indekslər sistemini eyni zamanda benzin, hibrid və elektrik modelləri üçün istifadə etmək olar.