“İlin avtomobili” (Car of the Year 2023) müsabiqəsinin təşkilatçıları finala çıxan yeddi modelin adını açıqlayıblar. Qısa siyahıya beş elektrik avtomobili və yanacaqla işləyən iki model – Renault Austral və Peugeot 408 kross-liftbəki daxil olublar.Qalib yanvar ayında keçiriləcək Brüssel avtosalonunda elan ediləcəkdir. 2022-ci ilin qalibi isə, Kia EV6 elektrik krossoveri elan edilmişdi.

Münsiflər heyəti “2023-cü ilin avtomobili” tituluna iddialı olan 45 namizəddən yeddi finalçını seçiblər. Məsələn, Alfa Romeo Tonale, Ferrari Purosangue krossoverləri və Xpeng P5 sedanı qalib gəlmək şanslarını itiriblər. İndi qələbə uğrunda beş elektromobil və iki yanacaqlı model mübarizə aparacaqlar - bunlar, janrların qovşağında ilişib qalmış Renault Austral və Peugeot 408 modelləridir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Bu arada, Jeep Avenger (brendin ilk elektrik krossoveri), Nissan Ariya, Kia Niro, Subaru Solterra/Toyota bZ4X və Volkswagen ID. Buzz furqonu “yaşıl” gündəmə cavabdehdirlər. Xatırladaq ki, ID.Buzz bu yaxınlarda iki yeni yardımçı sistemi əldə edib: bunlar əvvəlki manevrləri yadda saxlama funksiyasına malik olan parkinq köməkçisi və “dəstə zəkasından” istifadə edən Travel Assist yarımavtopilotu.

“2023-cü ilin avtomobili” müsabiqəsinin qalibinin adı gələn ilin əvvəlində işinə başlayacaq Brüssel avtosalonunda açıqlanacaqdır. Şayiələrə görə, Mazda şirkəti Brüsseldə generator kimi işləyən Wankel mühərriki ilə təchiz olunmuş MX-30 hibridini nümayiş etdirəcəkdir.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.