Ceyms Bond haqqında çəkilmiş “Spektr” filmində iştirak etmiş ofrouderin üslubunda hazırlanmış Land Rover Defender modeli eBay saytında satışa çıxarılıb. Avtomobilin satışından 60 min dollar əldə etmək planlaşdırılır.

Dərin qara rəngə boyanmış avtomobil hündürlüyü beş santimetr artırılmış asqıya, genişləndirilmiş təkər tağlarına, bucurqada, xarici karkasa, damda quraşdırılan baqaj bölümünə və nərdivana, əlavə işıqlandırmaya, yeni kapota, radiator barmaqlığına və kandarlara, həmçinin 37-düymlük Maxis Trepador yolsuzluq şinlərinə  sahib olub.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Ofrouderin standart 2,2-litrlik dizel mühərriki səkkiz silindrli benzin mühərriki ilə əvəzlənibdir. Transmissiya 5-pilləli mexaniki qutudur.

Keçən il “Spektr” filmdə birbaşa iştirak etmiş Land Rover Defender modeli hərraca çıxarılıb. Ofrouder təkmilləşdirilmiş 2,2-litrlik mühərrik, ralli amortizatorları, təhlükəsizlik karkası və dördnöqtəli kəmərləri olan Recaro oturacaqları ilə təchiz edilib. Avtomobil 365,5 min funt-sterlinqə satılıb. Çəkilişlər üçün Defender modelinin 10 xüsusi nüsxəsi hazırlanıbmış.