Chevrolet şirkəti avtomobil sənayesində ilk dəfə olaraq Buckle to Drive funksiyasını təqdim edib. Bu funksiya gənc sürücülərə təhlükəsizlik kəmərini bağlamalarını xatırladacaqdır.Bu ilin yayından yeni funksiya amerikan bazarında satılan Chevrolet Traverse, Malibu və Colorado modellərinin standart avadanlıq siyahısına daxil ediləcəkdir.

Buckle to Drive funksiyası, validenlərə övladlarının avtomobildən necə istifadə etdiyinə nəzarəti həyata keçirən Teen Driver kompleksinin tərkib hissəsidir. Bunun üçün, əvvəlcə məlumat-əyləncə sisteminin menyusunda PIN kodun köməkliyi ilə ayrıca açar qeydə alınır. Teen Driver rejimində  sürücü və sərnişin kəməri bağlamayana qədər audiosistemin səsi avtomatik olaraq söndürülür, öndən toqquşmaların xəbərdar edən sistem işə düşür və sürət məhdudlaşdırıcısı aktivləşdirilir.

Əyləc pedalı basılaraq kəmər taxılmazsa, Buckle to Drive funksiyası ötürmələr qutusunun «park» rejimindən «drayva» keçməsinin qarşısını alır. Eyni zamanda, sürücü səs siqnalını eşidir və cihazlar panelindəki xəbərdarlığı görür. 

ABŞ-ın Yollarda hərəkətin təhlükəsizliyi üzrə milli idarəsinin məlumatına görə, 2017-ci ildə bağlanmış təhlükəsizlik kəməri 14955 insanın həyatını xilas edib. 37133 həlak olan şəxslərdən 47%  isə təhlükəsizlik kəmərdən istifadə etməyənlərdir.