Daytona 500 NASCAR seriyasının ən populyar və məşhur yarışlarından biri sayılır. Sən demə, keçən il bu yarışı ABŞ-da 12 milyon insane izləyib. Əlbəttə ji, belə populyar seriyada çıxış etmək istənilən istehsalçı üçün çox vacibdir. Chevrolet şirkəti də bu yarışa böyük önəm verən markalardan biridir.

Qeyd etmək gərəkdir ki, radiator barmaqlığında Chevrolet “bantını” daşıyan avtomobillər 12 dəfə bu yarışın peys-karı olublar. Yeddi dəfə bu şərəf Camaro, beş dəfə isə Corvette modelinə qismət olub. Gələn il isə NASCAR izləyicilərini sürpriz gözləyir. Bu yarışların tarixində ilk dəfə olaraq, peys-kar rolunda pikap kuzovlu avtomobil çıxış edəcəkdir. Bu, Chevrolet Silverado pikapı olacaqdır. Peys-karı Daytona 500 yarışının qalibi məşhur pilot Deyl Ernhardt-junior idarə edəcəkdir. Deyl 2004 və 2014-cü ildə bu yarışların qalibi olub. O, həmçinin iyula ayında Daytona International Speedway avtodromunda iki dəfə qələbə çalıb.

Daytona 500 yarışının təhlükəsizlik avtomobili 420 at qüvvəli 6,2-litrlik V8 mühərriki və 10-pilləli avtomatik ötürmələr qutusu ilə təchiz ediləcəkdir. Dey Ernhardt pikapların azakeşi olduğunu və 15 ildir ki pikapdan istifadə etdiyini bildirib. Bu səbəbdən də onun peys-kar pilotu olması, seçimin ideallığından xəbər verir.