Las Veqasda keçirilən İstehlak elektronikası sərgisində (CES) Chrysler şirkəti Airflow adlı konseptual elektrik krossoverini nümayiş etdirib. Bu tarixi addan 1934-1937-ci illərdə buarxılmış modeldə istifadə olunub: Aitflow aerodinamik kuzovu olan ilk tam ölçülü amerikan avtomobili idi. 2022-ci ilin konsepti Stellantis konserninin STLA modul platformasında inşa edilib və ikimühərrikli güc qurğusu ilə hərəkətə gəlir.

Chrysler Airflow modelinin bəzi texniki xarakteristikaları açıqlanıb: hər bir elektrik mühərrikinin gücü 204 at qüvvəsi (150 kilovat) təşkil edir, dolu batareya ilə krossover 563-643 kilometr arasında məsafə qət edə bilər. Avtomobil pilotsuz rejimdə (SEA klassifikasiyası üzrə üçüncü səviyyəli) hərəkət edir – yəni, sərbəst şəkildə hərəkət axınında getməyi, əyləcləməyi, sürəti yığmağı və dönməyi bacarır. Bununla belə, sürücüdən daim yoldakı vəziyyətə nəzarəti həyata keçirmək və idarəetməni öz üzərinə götürməyə hazır olmaq tələb edilir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Airflow konsepti Chrysler markasının model xəttini elektrikləşdirmək əzmini nümayiş etdirmək üçün yaradılıb. İlk seriya elektrokarı 2025-ci ildə işıq üzü görməlidir, 2028-ci ildə isə şirkətin portfelindəki bütün modellər batareyalı olmalıdırlar. Hələlik isə, amerikan markasının model xəttində iki avtomobil var – Pacifica miniveni və 300 sedanı.

Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.