Bu il FCA konserninin minivenləri 35 illik yubileylərini qeyd edirlər. Bu münasibətlə alyans Chrysler Pacifica, Pacifica Hybrid və Dodge Grand Caravan modellərinin 35th Anniversary Edition adlı xüsusi versiyalarını hazırlayıb.

Dodge Grand Caravan 35th Anniversary Edition

Chrysler Pacifica 35th Anniversary Edition modeli kuzovun 10 variantda boyanmasına, salonun qara nappa dəri və Cranberry Wine rəngli tikişləri olan tərtibatına, radiator barmaqlığındakı qara elementlərə və müvafiq emblemlərə sahib olub.  Bundan başqa, Pacifica miniveni tavan DVD-sistemi və 20-düymlük təkər diskləri, minivenin hibrid variantı isə, 13 dinamikli səs sistemi və naviqasiya ilə təchiz edilir.

Dodge Grand Caravan 35th Anniversary Edition modeli 17-düymlük təkər disklərinə, ikinci cərgənin önündəki döşəmədə quraşdırılmış bölmələrə, sükanın və ön oturacaqların qızdırılmasına sahib olub.

İlk Plymouth Voyager miniveni Windsor Assembly zavodunun konveyerindən 2 noyabr 1983-cü il tarixində çıxıb. keçən müddət ərzində şirkət 14,6 milyon avtomobil sataraq, 115 innovasiya tətbiq edib. keçən FCA ABŞ miniven bazarının 55 faizinə sahib olub.