Dacia markası Duster modelinin bazasında inşa ediləcək pikapı buraxacaqdır. Modelin inşası Renault şirkətinin Titu (Rumıniya) şəhərindəki texniki mərkəzinə və yerli kuzov atelyesi olan Romturingia şirkətinə həvalə edilib.

Bu barədə məlumatı 0-100.ro saytına müsahibə verən Renault şirkətinin Rumıniyada yerləşən kommersiya avtomobilləri bölümünün baş direktoru Hakim Butera verib. O, pikapın utilitar xarakter daşıyacağını və aktiv istirahət üçün nəzərdə tutulmadığını söyləyib. Pikap bu ilin sonuna qədər təqdim edilməlidir.

Image alt Image alt Image alt