Münhen prokurorluğu Audi şirkətini 800 milyon avro məbləğində cərimə etmək barədə göstəriş verib. İstehsalçını zərərli tullantıların məlumatları ilə manipulyasiyada və qeyri-qanuni iqtisadi qazanc əldə etməkdə günahkar biliblər. Bununla belə, prokurorluğun qərarına etiraz bildirilməyəcək və bütün vəsaitlər Audi tərəfindən tam həcmdə ödəniləcəkdir.

Audi şiirkətinin daxil olduğu Volkswagen AG konserninin rəsmi məktubunda şirkətin 5 milyon avronu səhlənkarlığa görə ödəyəcəyi bildirilib. Qalan 795 milyon avro isə, altı və səkkiz silindrli dizel mühərrikləri təchiz olunmuş avtomobillərin satışından əldə edilən qeyri-qanuni mənfəətin geri qaytarılması kimi hesablanacaqdır. Konsern səhmdarlarını bu ödənişlərin qrupun cari il üzrə maliyyə göstəricilərinə mənfi təsir göstərəcəyi barədə xəbərdar edib.

Volkswagen AG  konserninin illik göstəricilərinə mənfi təsir göstərən faktorlardan biri də WLTP dövrü üzrə yanacaq sərfiyyatı sınaqlarının qüvvəyə minməsidir. Bu metodikadan ən çox zərər görən məhz Audi olubdur. Sentyabr ayında markanın dünya üzrə satışları keçən ilin analoji dövrü ilə müqayisədə 22% azalıbdır. Eyni zamanda, konsernin qərbi Avropadakı satışları 41,5% təşkil edib.