SRT Hellcat Redeye Widebody indeksinə malik olan Dodge Charger və Challenger modelləri fərdiləşdirmə kataloquna məhdudiyyətsiz giriş imkanı verən yeni Jailbreak paketini əldə ediblər.

"Kilidi açılmış" əzələ avtomobilləri üçün 20-dən çox kateqoriyadan olan opsiyaların birləşməsi təklif olunur. Üstəlik, Jailbreak indeksli modellər standart avtomobillərdən daha güclüdürlər: yeni tənzimləmələr sayəsində onların kompressorlu səkkizsilindrli HEMI mühərrikinin gücü SRT Super Stock modelində olduğu kimi 818 at qüvvəsidir.

Jailbreak paketi olan avtomobillərin alıcıları oturacaqların üzlənməsinin yeddi variantından birini, kuzovdakı dekorativ zolaqları və təkər diskləri arasında seçim edə biləcəklər. Onlar həmçinin altı müxtəlif rəngdə əyləc supportlarını, beş növ daxili nişanları, sükan çarxının dörd variantda tərtibatını, təhlükəsizlik kəmərləri və ayaqaltı xalçalar üçün eyni sayda rəngi seçmək şansına malikdirlər.

Bundan başqa, "kilidi açılmış" Dodge modelləri üçün Jailbreak paketi çərçivəsində təklif olunan özünəməxsus opsiyalar da nəzərdə tutulub.

Məsələn, Challenger SRT Hellcat Redeye Widebody Jailbreak modeli boz rəngli Hammerhead Grey dərisi ilə üzlənmiş oturacaqlar, eyni çalarda haşiyələri olan xalçalar, habelə Hammerhead Grey, Sepia və ya Demonic Red rənglərində təhlükəsizlik kəmərləri ilə təchiz edilə bilər.

Bu siyahıya 20-düymlük Warp Speed Satin Carbon və Low Gloss Granite təkər disklərini, yanacaq çəninin xrom örtüklü qapağını, mavi və ya sarı rəngli supportları və mis parıltısı olan karbonplastikdən örtmələri də əlavə etmək olar. Charger sedanı üçün də eyni şeylər əlçatandır, lakin xırda dəyişikliklər ilə.

Image alt Image alt Image alt Image alt Image alt Image alt

Opsiyaların ən yaxşı birləşməsini axtarmaq üçün vaxt sərf etmək istəməyən müştərilər üçün, Dodge dizayn studiyası tərəfindən hazırlanmış hazır həllər nəzərdə tutulub. Onların arasında Old School Challenger Jailbreak və Brass Funky Charger Jailbreak modelləri də var.

Birinci model F8 Green rəngli kuzovu, “satınləşdirilmiş xrom” barmaqlığı, boz rəngli supportları və tvil hörülməsi olan tavanı ilə öyünə bilər. İkinci model alkantara ilə örtülmüş sükan çarxına, mis rəngli barmaqlığına, narıncı rəngli supportlara və səsboğucu sisteminin çıxış borularının qara rəngli ucluqlarına malikdir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Avtomobillərin kapotunun altında səkkiz pilləli TorqueFlite 8HP90 “avtomatı” ilə tandemdə çalışan SRT Hellcat Redeye modelindən tanış olan 6,2-litrlik kompressorlu HEMI V8 mühərriki var. Lakin Jailbreak seriyası üçün onun gücünü 808 at qüvvəsindən 818 at qüvvəsinə qədər artırıblar, yəni "kilidi açılmış" avtomobillər Challenger SRT Super Stock modeli ilə güc paritetinə malikdirlər. Əzələ avtomobillərinə sifarişlərin qəbuluna 2021-ci ilin dördüncü rübünün sonunda başlanacaqdır. Paket üçün 995 dollar ödəmək tələb olunur.

Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.