İstehlakçıların hüquqlarını müdafiə edən və qeyri-kommersiya təşkilatı olan Consumer Reports ABŞ-da avtomobil markaları ilə bağlı növbəti araşdırma aparıb. Mütəxəssislər testlər seriyasını və sosial sorğuları həyata keçirmiş, həmçinin standart təhlükəsizlik sistemlərinin mövcudluğunu və "proqnozlaşdırılan etibarlılıq" meyarlarını nəzərə alaraq, ən yaxşı markaları n reytinqini hazırlayıblar.

Reytinqin lideri Porsche markası olub – alman markasının Consumer Reports tərəfindən sınaqdan keçirilmiş  hər üç modeli alış üçün tövsiyə olunub. Porsche modelləri ən yüksək müştəri məmnuniyyətini göstərərək, yüksək etibarlılıq və təhlükəsizlik nümayiş etdiriblər.

Siyahıda ikinci yerdə Genesis markası, üçüncü yerdə isə Subaru qərarlaşıb. İlk onluqdakı digər yerləri Mazda, Lexus, Audi, Hyundai, BMW, Kia və MINI markaları tutublar. Fiat avtomobilləri özlərini ən pis tərəfdən göstəriblər: İtalyan markası 33 brendin sıralamasında son yeri tutub. Siyahının sonunda Mitsubishi, Jeep, Land Rover, Cadillac, Jaguar və GMC markaları qərarlaşıb

Consumer Reports ekspertləri yeni avtomobillərin testlərinin anonim şəkildə aparıldığını, məmnuniyyəti qiymətləndirmək üçün avtomobil sahiblərinə "bu markadan olan avtomobili yenidən alarsınızmı?" sualını verdiklərini qeyd ediblər. Eyni zamanda, mütəxəssislər, "proqnozlaşdırılan etibarlılığın" hesablanmasının avtomobil sahiblərinin ekspress testindən istifadə edilərək həyata keçirildiyini, avtomobillərin təhlükəsizlik səviyyəsinin isə, aktiv və passiv təhlükəsizlik sistemlərinin baza təchizatda mövcudluğu ilə qiymətləndirildiyini bildiriblər.

Mənbə: Consumer Reports