Keçən ay Monza SP1 və SP2 modellərini təqdim edən Ferrari şirkəti 812 Superfast modelinin bazasında yeni superkar inşa etmək niyyətindədir. İtalyan markasının tarxçisi və eksperti olan Masel Massini yeni superkarın sərt açılan tavana və öndə yerləşən mühərrikə malik olacağını bildirib.

Xatırladaq ki, Ferrari 812 Superfast modelinin sələfi olan F12berlinetta superkarı da açıq kuzovla təklif edilirdi. Amerika Birləşmiş Ştatlarıüçün xüsusi olaraq hazırlanmış F60America modeli də karbondan hazırlanmış çıxarılan tavan və qatlanan yumşaq tavanla təchiz edilirdi. Ferrari 812 Superfast Aperta superkarının da Ferrari 458 və 488 Spider modellərindəkinə bənzər sərt tavana malik olacağı ehtimal edilir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt

Hər zaman olduğu kimi, Ferrari şirkəti yeni model barədə məlumatı gizli saxlamağa üstünlük verir. FerrariChat forumunun üzvləri yeni model haqqında məlumatın marka dilerlərinə belə verilmədiyini bildiriblər.