Keçən ilin payızında Ferrari şirkəti məhdud saylı modellərdən ibarət olan Icona xəttini yaratdığını bəyan edib. Bu xəttin ilk modelləri Ferrari 812 Superfast modelinin bazasında inşa edilmiş Monza SP1 və SP2 spidsterləri olublar. Bu günlərdə insayderlər Icona xəttinin növbəti modelinin əfsanəvi F40 superkarının müasir versiyasının olacağını bildiriblər.

Şayiələrə görə, yeni Ferrari F40 modelinin əsasını seriya hibrid sportkarının şassisi təşkil edəcəkdir. Sonuncu, McLaren Senna və Lamborghini Aventador SVJ modelləri ilə rəqabət aparacaqdır. Bu superkar V8 mühərrikinin bazasına yaradılacaq və 1000 at qüvvəsi hasil edəcək hibrid aqreqatı ilə təchiz ediləcəkdir. Icona F40 modeli daha ekstremal olacaqdır. Onun dizaynı 80-ci illərin berlinettalarından ilham alınaraq yaradılacaqdır.  

Gələcək F40 modeli barədə təsəvvür yaratmaq üçün həmyerlimiz Samir Sadıxovun layihəsinə diqqət yetirmək kifayətdir.

Müasir Ferrari F40 modelinə həmyerlimiz Samir Sadıxovun baxışı