Bildiyimiz kimi, iyul ayında İngiltərədə Qodvud sürət festivalı tədbiri keçirilir. Bu tədbirdə Nümayiş etdirilən avtomobillərin əksər hissəsi nadir tapılan superkarlar olur. İtalyan superkar istehsalçısı olan Ferrari şirkəti də Qudvudda üç unikal superkarı nümayiş etdirəcəkdir. Bu üç superkarın əsas xüsusiyyəti onların yeganə nüsxədə buraxılmasıdır.

Bu superkaralar Ferrari şirkətinin xüsusi sifarişlər üzrə avtomobillər hazırlayan bölümünün məhsuludur. Əslində bu avtomobillər artıq debüt edib, lakin onların üçünü birlikdə yalnız Qudvudda nümayiş etdirəcəklər. Bu avtomobillərin adı trek üçün hazılanmış və ümumi istifadə yollarında istimarına icazə verilməyən Ferrari P80/C, Ferrari F12tdf modelinin əsasında inşa edilmiş Ferrari SP3JC və Ferrari Monza SP2 superkarlarıdır.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Ferrari SP3JC superkarının F12tdf modelinin üstü açıq versiyasıdır desək, yanılmarıq. Bu avtomobilin hazırlanmasına italyan markasının mütəxəssisləri nə az, nə çox, düz iki il vaxt sərf ediblər. Ferrari şirkətindən bu avtomobil üzərindəki işlərin təkcə damın kəsilməsi ilə məhdudlaşmadığını, avtomobilin ön və yan tərəflərində bır sıra dəyişikliklərin edildiyini bildirib. Üstəlik, mühərrik bölümünün qapağı üzərindəki şüşə bölmələrdən 770 at qüvvəli V12 mühərrikinin müəyyən hissələrinə tamaşa etmək mümkündür.