Ferrari şirkəti sentyabr ayının əvvəlində yeni açıq kuzovlu modeli təqdim etməyə hazırlaşır. Bu günlərdə Ferrari chat forumunun üzvləri yeni modelin təqdimatı keçiriləcək tədbirə dəvətnamələri almağa başlayıblar. Ehtimallara görə, yeni model Ferrari 812 Superfast modelinin açıq versiyasıdır.

Ferrari şirkətinin 812 Superfast Spider modelini hazırladığı barədə məlumat keçən il peyda olub. İlkin məlumata görə, Ferrari 812 Superfast Spider modeli qatlanan sərt tavana malik olacaqdır.  Dəvət edilənlərin sayını nəzərə alsaq, söhbətin məhdud saylı tiraja malik olan sportkardan deyil, kütləvi istehsal ediləcək modeldən getdiyini söyləmək olar.

Image alt Image alt Image alt Image alt Image alt Image alt

Xatırladaq ki, Ferrari 812 Superfast modeli 800 at qüvvəsinə malik olan 6,5-litrlik atmosfer tipli on iki silindrli mühərriklə hərəkətə gəlir. 718 Nm fırlanma anı hasil edən güc aqreqatı, iki muftalı robotlaşdırılmış ötürmələr qutusu ilə tandemdə çalışır. Arxaçəkişli kupe tam idarəolunan şassi, aktiv aerodinamik elementlər və tamamilə işıqdiodlarından hazırlanmış fənərlər ilə təhciz edilir. Bundan başqa, Ferrari 812 Superfast modeli sükanın elektrik gücləndiricisi ilə təchiz edilmiş ilk Ferrari avtomobilidir.