Bir il yarım bundan əvvəl, Ferrari şirkəti model xəttinə başçılıq edən və italyan markasının tarixində ilk qoşulan hibrid olan SF90 Stradale superkarını təqdim etmişdi. Bu gün isə, italyan istehsalçısı superkarın ənənəvi Spider indeksinə malik olan üstü açıq versiyasını nümayiş etdirib. 270 kiloqramlıq hibrid güc qurğusu sayəsində orijinal kupenin çəkisi 1570 kiloqram təşkil edir. Buna baxmayaraq, italyanlar SF90 Spider modelini yüngül yumşaq tavan əvəzinə sərt qatlanan dam ilə təchiz etməyə üstünlük veriblər.

Zahiri cəhətdən, SF90 Spider kupedən praktiki olaraq heç nə ilə fərqlənmir: dam qaldırıldıqda, yeni versiyanı kokpit ilə mühərrik bölməsinin arasındakı kiçik arxa pəncərənin gizləndiyi boşluq sayəsində tanımaq olar. Buna baxmayaraq, salon bir qədər ön oxa yaxınlaşdırılıb, dam isə 20 millimetr aşağı endirilib, habelə ön sütunlar bir qədər nazik olublar.

Elektriklə açılıb-bağlanan sərt panel alüminiumdan hazırlanıb (poladdan 40 kq daha yüngül) və transformasiya prosesi 14 saniyə çəkir, üstəlik, hərəkət zamanı həyata keçirilə bilər. Küləkdən müdafiə ekranı rolunu oynayan şaquli arxa pəncərəni ayrıca idarə etmək olar, 16-düymlük cihazlar paneli olan salon isə kupedəki ilə eynidir.

Texniki cəhətdən tam ötürməli Spider adi SF90 Stradale modelini təkrarlayır. Ferrari SF90 Spider modeli 780 at qüvvəsi və 800 Nm fırlanma anı hasil edən 4,0-litrlik V8 biturbomühərriki və ümumi gücü 220 at qüvvəsi olan üç elektrik mühərriki  ilə təchiz edilir. Hibrid qurğunun ümumi hasilatı 1000 at qüvvəsinə çatır.

Hibrid qurğu iki muftalı səkkiz pilləli "robot" ilə birlikdə çalışır. Güc qurğusu dörd iş rejiminə malikdir: elektrik eDrive, standart Hybrid, Sport Performance və Extreme Qualify. 7,9 kilovat-saatlıq dartma batareyası benzin mühərrikinin iştirakı olmadan 25 kilometr məsafə qət etmək üçün kifayətdir - eDrive rejimində maksimum sürət 135 km/saatda məhdudlaşdırılır.

1691 kiloqram çəkiyə malik olmasına baxmayaraq, Ferrari SF90 Spider 100 km/saata daha yüngül Stradale kupesi ilə eyni vaxta - 2,5 saniyəyə sürətlənir. Maksimal sürət həddi də dəyişməyib - 340 km/saat.

Hətta, iki avtomobilin 100 km/saatdan əyləc məsafəsi də eynidır - 29,5 metr. Bununla birlikdə, 200 km/saat həddinə qədər sürətlənmədə Spider orijinal kupedən bir qədər geridə qalır: 6,7 saniyəyə qarşı 7,0 saniyə.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Bundan başqa, Spider modeli avtomobilin çəkisini 21 kiloqram azaldan opsional Assetto Fiorano trek dəsti ilə təchiz edilə bilər. Lakin, belə avtomobillər seçilən aksentləri olan xüsusi ikirəngli boyanma sxemi ilə təklif edilirlər.

Paketin tərkibinə yenidən işlənmiş asqı, yüngülləşririlmiş titan komponentlər, karbon liflindən kuzov panelləri və antiqanad, habelə Michelin Pilot Sport Cup 2 təkərləri daxildir. İlk spayderlər bir neçə ay ərzində əsas bazarlarda satışa çıxarılacaqdırlar. Şirkətdən SF90 Spider modelinin başlanğıc qiyməti hələlik açıqlamayıblar. Böyük ehtimalla, spayderin qiyməti 420 min avronu keçəcəkdir.