Fiat şirkəti restaylinq keçmiş 500X modelini təqdim edib. Model cüzi dəyişdirilmiş zahiri görkəmə, yeni güc aqreqatlarına və genişləndirilmiş avadanlıq siyahısına sahib olub.

Yenilənmiş krossoveri Fiat şirkətinin Magnetti Marelli firması ilə birlikdə hazırlanmış işıqdiodlarından olan ön və arxa fənərlərinə görə tanımaq olar.

İstehsalçının bildirdiyinə görə, yeni fənərlər yenilənmədən əvvəlki avtomobilə quraşdırılan ksenon fənərlərdən 20% daha parlaqdırlar. Bundan başqa, bamperlərin dizaynı dəyişdirilmiş, 3,5-düymlük TFT-displeyi olan cihazlar paneli və başqa dəri ilə üzlənmiş sükan çarxı peyda olmuşdur.

Ümumilikdə, salon tərtibatında parça, dəri, rənglərin və müxtəlif dekor elementlərinin yeddi tərtibatı əlçatandır.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Fiat 500X modelinin mühərrik çeşidindəki atmosfer mühərriklər yerlərini Firefly ailəsindən olan turboaqreqatlara təslim ediblər.

Bu mühərriklər artıq Jeep Renegade modelində təklif edilirlər. Bunlar 120 at qüvvəli 1,0-litrlik üç silindrli və 150 at qüvvəli 1,3-litrlik dörd silindrli aqreqatlardır.

Dizel aqreqatları 95 at qüvvəsi və 200 Nm fırlanma anı təklif edən 1,3-litrlik, həmçinin 150 at qüvvəsi və 350 Nm fırlanma anı hasil edən 2,0-litrlik mühərriklərdən ibarətdir. Modelin təchizatına yol nişanlarının tanınması sistemi, kor zonalara və hərəkət zolağına nəzarət sistemləri, öndən toqquşmaları xəbərdar edən sistem və adaptiv kruiz-kontrol daxildir.