Fiat Chrysler Automobiles (FCA) ittifaqı klassik Alfa Romeo, Fiat, Lancia və Abarth modellərinin bərpası üzrə xüsusi proqrama start verib. Bu məqsədlər üçün yaradılmış Reloaded by Creators bölümü orijinal vəziyyətə gətirilmiş avtomobillərin satışı ilə məşğul olacaqdır.

Satışdan əldə edilən vəsait FCA Heritage bölümü tərəfindən klassik model kolleksiyasının genişləndirilməsinə və marka üçün vacib olan avtomobillərin əldə edilməsinə yönəldiləcəkdir. Şirkətdə bu proqramı dünyanın məşhur incəsənət qalereyalarından ilham alınmış mədəniyyət layihəsi adlandırıblar.

Hazırda bölmə tərəfindən satışa beş avtomobil hazırlanıb. Bunlar 1991-ci ilin Alfa Spider IV serie, 1973-cü ilin Lancia Fulvia Coupe Montecarlo, 1981-ci ilin  Spidereuropa Pininfarina, 1989-cu ilin Alfa Romeo SZ və 1959-cu ilin Lancia Appia Coupe modelləridirlər.

İlk üç avtomobil “Ultimate classics” kateqoriyasına daxildirlər. Bu avtomobillər dizayn və injiniriq nöqteyi-nəzərindən ən bitkin son modellərdir. Qalan iki avtomobil isə az insana tanış olan nadir modellərdir. Hər bir avtomobilə onun həqiqi olduğu haqqında sertifikat da əlavə edilib.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt