Düz 120 il bundan öncə, 11 iyul 1899-cu ildə Turində notarius işləyən Ernesto Torretta Fabbrica Italiana di Automobili – Torino (F.I.A.T.) adlı səhmdar cəmiyyətini qeydiyyatdan keçirib. Şirkət iCovanni Anyelli başda olmaqla doqquz turin sənayeçisi və zadəganı təsis edib.

F.I.A.T. 3 ½ HP

Onlar Covanni Battista Çeyranodan onun Korso Dante küçəsindəki sexini və Welleyes avtomobil markasına olan hüquqlarını satın alıblar.Beləliklə, birinci F.I.A.T. 3 ½ HP modeli işıq üzü görüb. Markanın nöqtəli adı 1906-cı ildə bu gün tanıdığımız Fiat adına dəyişdirilib.