Ford şirkətinin bir zamanlar Amerika Birləşmiş Ştatların da çox populyar olan Bronco modelini dirçəldəcəyi barədə məlumat vermişdik. Ofrouder barədə məlumat verilməsə də, onun Jeep Wrangler modelinə rəqib olacağı və mexaniki ötürmələr qutusu ilə təchiz ediləcəyi məlum olanlardan idi.

Bu gün AutoGuide nəşrinə dirçəldilmiş ofrouderin fotoşəkillərini əldə etmək nəsib olub. Nəşr yeni Ford Bronco modelinin şəkillərinin Las-Veqasda keçirilən diler konferensiyasında çəkildiyini iddia edir. Yeni Bronco barədə texniki məlumat verilməsə də, onun xarici görünüşü artıq sirr deyildir. 

Yeni nəsil Ford Bronco modelinin rəsmi təqdimatı gələn ilin ilk yarısında keçiriləcəkdir. Çox güman ki, modelin debütü Detroyt avtosalonunda baş tutacaqdır. Bronco modelinin satışlarına 2019-cu ilin payızında başlanmalıdır.

Image alt Image alt Image alt Image alt