Ford şirkətinin Bronco modelini dirçəldərək Jeep Wrangler ofrouderinə qarşı irəli sürəcəyi barədə məlumat vermişdik. Amerikan istehsalçısı yeni ofrouder barədə məlumatla bölüşməyə tələsmədiyindən, jurnalistlər onu müxtəlif mənbələrdən əldə etmək məcburiyyətində qalırlar.

Bu günlərdə Jalopnik saytı yeni nəsil Ford Bronco modelinin  yeddi pilləli mexaniki ötürmələr qutusu ilə təchiz ediləcəyi barədə məlumat yayıb. Məlum məsələdir ki, sayta bu barədə şirkət daxilindəki mənbə “pıçıldayıb”.  Bunun səbəbi də məlumdur – “Bronko” modelinin əsas rəqibi olan “Renqler” də üç pedal ilə təklif edilir.

Mənbə yeni qutunun yaradılmasının, bu sahədə məşhurlaşmış Getrag firmasına həvalə olunduğunu da bildirib. MT-88 adlandırılan qutu EcoBoost ailəsindən olan 2,7-litrlik dörd silindrli mühərriklə tandemdə çalışacaqdır.

Deyilənlər həqiqətdir isə, 2020-ci ildə işıq üzü görəcək Ford Bronco yeddi pilləli mexaniki qutu ilə təklif edilən nadir seriya avtomobillərdən biri olacaqdır. Qeyd etmək lazımdır ki, Ford artıq Getrag şirkəti ilə bu sahədə əməkdaşlıq edir.

Hazırda alman şirkəti Ford Mustang modeli üçün altı pilləli MT-82 qutusunu istehsal edir. Buradan bir nəticə hasil etmək olar – yeni yeddi pilləli qutu növbəti nəsil Ford Mustang kupesinin avadanlıq siyahısına daxil edilə bilər.