Yeni nəsil Ford Bronco modeli bu ilin mart ayında, onun Sport indeksli modifikasiyası isə aprel ayında təqdim ediləcəkdir.

Ford şirkəti Bronco modelini yenidən həyata qaytarmaq barədə planlarının olduğu barədə 2017-ci ilin yanvar ayında elan edib. Üç il sonra isə, modelin təqdimat tarixi açıqlanıb. Automotive News nəşrinin bildirdiyinə görə, artıq Ford şirkəti öz dilerlərinə bu ilin mart ayında Bronco modelinin növbəti nəsli üzərindəki sirr pərdəsini götürəcəyi barədə məlumat verib. Üstəlik, bu ilin aprel ayında Bronco ailəsi Bronco Sport adlı yığcam model ilə genişləndiriləcəkdir.

Çox güman ki, "idman" versiyası Nyu-York avtosalonunda debüt edəcəkdir. Bronco modelinin hər iki versiyası həm üç qapılı, həm də beş qapılı kuzov ilə təklif ediləcəkdir. Maraqlıdır ki, sonradan debüt tarixə baxmayaraq, Sport versiyası daha erkən satışa çıxarılacaqdır. İri ölçülü Ford Bronco isə yalnız gələn ilin əvvəlində satışa çıxarılacaqdır. Ford şirkətinin hesablamalarına görə, hər iki yeni məhsulun ümumi satışları ildə minimum 200 min avtomobil təşkil edəcəkdir.