Ford şirkəti Bronco ofrouderi və Bronco Sport krossoverinin retro versiyalarını təqdim edib. Hər iki versiya yalnız dekoru ilə deyil, həm də mühərrikləri və standart avadanlıq təchizatı ilə fərqlənən Heritage Edition və Heritage Limited Edition versiyalarını alıb. Modellərin arasında ən bahalısı Bronco Heritage Limited Edition versiyasıdır. O, Badlands təchizatına əsaslanır, 314 at qüvvəli 2,7-litrlik V6 mühərrikinə malikdir və yalnız Robin’s Egg Blue rəngində mövcuddur.

Bəzən keçmişə qayıtmaq həm gərəkdir, həm də zəruridir. Bu, amerikan avtomobil istehsalçıları tərəfindən ən yaxşı şəkildə tətbiq edilir, ona görə də demək olar ki, hər bir istehsalçının model xəttində Heritage indeksi olan avtomobil var. Ən son nümunə, 60-cı illərdən klassik Bronco ofrouderini təqlid edən Bronco ofrouderi və Bronco Sport krossoverinin Heritage Edition və Heritage Limited Edition verisyalarıdır. Bu əlaqəni hətta avtomobillərin tirajıla da vurğulanır: hər kuzov növü 1966 nüsxədə buraxılacaq.

Bronco Heritage Edition modelini Oxford White rəngli damı və qırmızı “Ford” yazısı həkk edilmiş ağ barmaqlığı olan iki rəngli kuzovu sayəsində asanlıqla tanınır. Versiyanın digər xüsusiyyətləri 17-düymlük vintaj təkər diskləri və ofrouderə daha brutal görünüş bəxş edən təkər tağılarının plastikdən genişləndiriciləridir. Quraşdırılmış yedək qarmaqları və duman işıqları olan polad ön bamper standart təchizata daxildir.

Bronco Heritage Edition ofrouderi beş rəngdə, Heritage Limited Edition versiyası isə yalnız 1966-cı il Bronco modelinin  Arcadian Blue rənginə oxşayan Robin's Egg Blue rəngində olacaqdır. Gələn il palitraya Yellowstone Metallic, 2024-cü ildə isə, Peak Blue çalarının əlavə ediləcəyi gözlənilir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Adi Heritage modelinin əsasında Sasquatch paketi olan Big Bend təchizat səviyyəsi (2,3-litrlik EcoBoost, 274 at qüvvəsi və 420 Nm), Heritage Limited Edition versiyasının isə, Bronco Badlands durur. Belə versiya təkcə dekorasiyası ilə deyil, həm də mühərriki (2,7-litrlik V6, 314 at qüvvəsi və  542 Nm) ilə seçilir.

Bronco Sport Heritage krossoveri də Oxford White rəngli damı və ağ radiator barmaqlığını, 17-düymlük təkər disklərini və xüsusi interyer tərtibatını alıb. Heritage versiyası 1,5-litrlik mühərriklə (183 at qüvvəsi və 258 Nm), Limited Edition isə 2,0-litrlik (248 at qüvvəsi və 373 Nm) mühərriklə təklif edilir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Hər iki versiya da səkkiz pilləli avtomatik trasnmissiya və High-Performance Off-road Stability Suspension (H.O.S.S.) asqısı ilə təchiz edilir. Sonuncu tək borulu arxa amortizatorları, hidravlik geriqaytarma buferləri və stabilizatorları daxil olan yenidən tənzimlənmiş ön dayaqları ehtiva edir. Bundan əlavə, Bronco Sport Heritage Limited Edition versiyası xarici diametri 29 düym olan ofroud şinləri və arxa təkərdə fərdi muftaları olan tam ötürməli transmissiya ilə təchiz edilir.

Krossoverin qiymətləri 34 245 - 44 655 dollar arasındadır. Bronco ofrouderi daha baha başa gəlir, Heritage Edition versiyası üçün 44 305 dollar, Heritage Limited Edition üçün isə, 66 895 dollar tələb olunur.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.