Üç mindən yuxari Ford Explorer sahibləri ölkənin tənzimləyici orqanlarına istehsalçıya qarşı şikayət ərizəsi ilə müraciət ediblər. Onlar Ford şirkətini işlənmiş və dəm qazı ilə zəhərləməkdə ittiham edirlər. Ford şirkətinin ünvanına 50 məhkəmə iddiası daxil olub. Explorer modelini patrul avtomobili kimi istifadə edən ABŞ-ın polis departamentləri əməkdaşlarında karbon oksidi ilə zəhərlənmə əlamətlərinin qeydə alındığını bəyan edib.

2016-cı ildə istintaqa başlamış ABŞ-ın Yol hərəkətinin təhlükəsizliyi milli administrasiyası (NHTSA) bir ildən sonra, avtomobillərin salonunda yol verilən dəm qazının səviyyəsinin yüksək olmasının «ilkin sübutlarını» əldə etdiiyini bildirib. Mütəxəssislər akselerator pedalının tam basılması və klimat-kontrol sisteminin resirkuliyasia rejimində işləməsi zamanı salonda işlənmiş qazların zəif qoxusunun hiss edilməsini aşkar ediblər. Şübhə altına 2010-2018-ci illər arasında buraxılmış Ford Explorer ofrouderləri düşüblər. Əgər təkrar yoxlama bu ilkin nəticələri təsdiqləyəsə, o zaman Ford şirkəti bir milyondan çox avtomobili geri çağırmalı və ciddi cərimələr ödəməli olacaqdır.

Şirkətin rəhbərliyi bu ittihamlarla razılaşmır, çünki daxili testlər ofrouderlərin qüvvədə olan tələblərə tam cavab verdiyini göstəriblər. Bununla belə, ABŞ-da havada insan sağlamlığı üçün təhlükəli olan şəffaf zəhərli qazların səviyyəsini dəqiq müəyyən edən standartlar mövcud deyil. Alimlərin sözlərinə görə, bunu hər bir insan üçün fərdi şəkildə hesablamaq gərəkdir.

2016-cı ili ortasında Ford şirkəti şikayətlərə cavab olaraq 100 ofrouderi geri alıb. 2017-ci ildə isə, bu problemin aradan qaldırılması üçün servis aksiyasına başlanıb. Bu kampaniyanın bu günə kimi qüvvədədir və istehsalçı şikayətlərin sayının ciddi şəkildə azaldığını bildirib.