Ford şirkəti yenilənmiş ağır F-Series Super Duty pikapını təqdim edib. Model yenilənmiş mühərrik çeşidinə, yeni avtomatik transmissiyaya və qoşqu ilə arxaya hərəkəti asanlaşdıran Pro Trailer Backup Assist sisteminə sahib olub.

Pikapın baza variantları 6,2-litrlik V8 mühərriki ilə təklif ediləcəkdirlər. Bundan başqa, modelin mühərrik çeşidinə təkmilləşdirilmiş 6,7-litrlik Power Stroke dizeli və yeni 7,3-litrlik səkkiz silindrli benzin mühərriki daxil edilib. Ford yeni mühərrikin V8 sinifində ən güclü mühərrik olduğunu iddia edir. Bütün mühərriklər  gücləndirilmiş 10-pilləli TorqShift avtomatik ötürmələr qutusu və asma avadanlığını idarə etmək üçün gücün seçilməsini həyata keçirən eksklyuziv mexanizm ilə tandemdə çalışırlar.

Treyler qoşulmuş pikapın idarəetməsini asanlaşdırmaq üçün kameralara əsaslanan Pro Trailer Backup Assist sistemi və Trailer Reverse Guidance funksiyası nəzərdə tutulub. Sonuncu arxaya hərəkət zamanı sükanı hansı tərəfə döndərmək lazım olduğunu göstərir. Hər iki sistem müxtəlif növ qoşqularla çalışa bilər.

Ford F-Series Super Duty modelinin təchizatına eyni zamanda 10 qurğunu dəstəkləyən 4G Wi-Fi nöqtəsi, zolaqda saxlama funksiyası, piyadaları aşkar edərək öndən qəzaların qarşısını alan təcili əyləcləmə funksiyası, USB-C girişləri və smartfonların induksion doldurulması sistemi daxildir.

Yenilənmiş pikap dəyişdirilmiş tərtibatı olan radiator barmaqlığına, bamperlərə, ön LED fənərlər, arxa işıqlara və yük bölümünün qapısına sahib olub.  İnteryer tərtibatında əsl dəri, ağac, dəmir, alüminium və zamşadan istifadə edilir. Yenilənmiş pikaplar ABŞ-da bu ilin payızından başlayaraq satılacaqlar. 

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt