Ford şirkəti vəd etdiyi kimi, 17 noyabr tarixində ilk elektrik krossoveri olan Mustang Mach-E modelini təqdim edib. 55 ildir ki maslkarlardan ibarət olan Mustang ailəsinin yeni üzvü nəinki krossover kuzovuna malikdir, o həmçinin elektrik ötürməsini əldə edib. Mustang Mach-E kross-kupesi ilə birlikdə Ford şirkətinin elektrik nəqliyyat vasitələri üçün hazırladığı yeni platforma da debüt edib. Platformanın konstruksiyasında alüminium və kompozit materiallardan geniş şəkildə istifadə olunur.

Krossoverin qabarit uzunuğu 4724 mm, eni – 1880 mm, hündürlüyü – 1600 mm, təkər bazasının genişliyi isə 2971 mm təşkil edir. Krossoverin klirensi 145 mm bərabərdir. Krossoverin GT versiyasına klirens 135 mm təşkil edir. Mustang Mach-E modeli öndə McPherson dayaqları, arxada isə köndələn dayanıqlılıq stabilizatorlarına malik olan çoxqollu asqı ilə təchiz edilir. Kross-kupenin  döşəməsinə inteqrasiya edilmiş batareya bloku avtomobilin ağırlıa mərkəzini aşağı salmaqla yanaşı, onu salonunu və yük bölməsini daha geniş edib.

Mustang Mach-E modelinin baqaj bölümünün həcmi 861 litr təşkil edir. İkinci cərgənin oturacaqlarının qatlanması halında bu göstərici 1688 litrə qədər artır. Bundan başqa, krossover öndə 135 litrlik əlavə yük bölməsinə də sahibdir.

Ford Mustang Mach-E modeli bir neçə güc aqreqatı ilə təklif ediləcəkdir. Kross-kupenin baza variantı 255 at qüvvəsi və 415 Nm fırlanma anı hasil edən yeganə elektromotor və 75,7 kVs-lıq batareya ilə təklif ediləcəkdir. Extended Range təchizat səviyyəsinə malik olan modifikasiya 98,8 kVs-lıq batareya və 282 at qüvvəli elektromotor ilə təchiz ediləcəkdir. İki mühərrik və 98,8 kVs-lıq batareya ilə təchiz edilmiş tam ötürməli versiyanın gücü 332 at qüvvəsinə, fırlanma anı isə 565 Nm bərabər olacaqdır.

282 at qüvvəli Mustang Mach-E 100 km/saat həddinə 6,5 saniyəyə, tam ötürməli kross=kupe isə 5,5 saniyəyə sürətlənəcəkdir. Batareya və mühərrikdən asılı olaraq krossoverin yürüş ehtiyatə 340 - 480 km arasında olacaqdır.

Elektrik krossoverinin top versiyası olan Mustang Mach-E GT modeli 459 at qüvvəsi və 830 Nm fırlanma anı hasil edən güc qurğusu ilə təchiz edilir. Bu modifikasiya 100 km/saat həddini 3,5 saniyəyə sürətlənir ki,  bu da Ford şirkətinin iddiasına görə, Porsche Macan Turbo modelində olduğundan yeyindir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Yeni elektrik krossoverin təchizatına Co-Pilot 360 2.0 təhlükəsizlik sistemləri dəsti, 15,5-düymlük displeyi olan yeni SYNC 4 multimedia sistemi, qapıların smartfon vasitəsi açılması funksiyası, alüminiumdan hazırlanmış Flexia Brembo əyləc supportları və 18-20 düym arasında təkər diskləri daxil edilib.

Modeli artıq sifariş etmək olar. İlkin olaraq satışa tam ötrüməsi, panoram tavanı və genişləndirilmiş avadanlıq siyahısına malik olan First Edition versiyası çıxacaqdır. “Birinci nəşrin” qiyməti 59,9 min dollar təşkil edəcəkdir. Modelin baza versiyası isə 43 min dollara satılacaqdır. Mustang Mach-E modelinin satışlarına 2020-ci ilin ortasında başlanmalıdır.